Interposta.Info

DİM-in bütün inzibati binalarında vətəndaşların qəbulu dayandırılır

Ölkə
 17-06-2020, 09:59     319

Buraxılış (qəbul) imtahanlarının keçirilməsi ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda olan regional bölmələrində 18 və 19 iyun 2020-ci il tarixlərində vətəndaşların qəbulu həyata keçirilməyəcək.

Bu barədə "İnterPosta"-ya Mərkəzdən məlumat verilib.

18 və 19 iyun tarixlərində DİM-də yalnız imtahan prosesinin idarə olunması və imtahanların gedişinə nəzarət etmək üçün operativ qərargah fəaliyyət göstərəcək.

Vətəndaşların qəbulu 22 iyun və daha sonrakı iş günlərində (imtahan günləri istisna olmaqla) davam etdiriləcək.

Xatırladaq ki, DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Vətəndaşlardan zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur.

Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26