Interposta.Info

Bu gün hava necə olacaq?

Ölkə
 8-05-2020, 10:33     293

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-14° isti, gündüz 19-22° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.
gecəolacaqgündüzküləyigözlənilirdumanbəzisəhərhavanınmeteorolojitemperaturuəsasənbakıdacivəyağışabşeronyağacağıyarımadasındagörəüçün
Tərəfdaşların xəbərləri
XİN-dən Şuşanın işğalının 28-ci ildönümü ilə əlaqədar BƏYANAT
Könül Kərimova villasını nümayiş etdirdi - FOTO
Azərbaycan uzunmüddətli karantin rejimə keçə bilər - XƏBƏRDARLIQ
ABŞ-da koronavirus qurbanlarının sayı 75 mini ötdü
Survivor"u tərk edən Pərvizə türkiyəli məşhurdan XƏBƏRDARLIQ: Bu qızla...
Bizi Telegramda oxuyun!

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26