Interposta.Info

Millət vəkili: “Karantin qaydaları daha da sərtləşdirilə bilər”

Ölkə
 7-05-2020, 12:44     337

"Yoluxma sayının artması ikinci dalğanın yaranmasına və karantin qaydalarının daha da sərtləşdirilməsinə gətirib çıxara bilər”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov son günlərin yoluxma statistikasından danışarkən deyib. Deputatın fikrincə, karantin tədbirlərinin yumşaldılması heç də sosial təcrid qaydalarına əməl edilməməsi anlamına gəlməməlidir:

"Təəssüf ki, aparılan monitorinqlər göstərir ki, vətəndaşlarımızın bir qismi hətta sosial məsafənin gözlənilməsi tələbinə belə əməl etmir Bu isə son günlər koronavirusa yoluxanların sayının artmasına səbəb olub. Pandemiyaya qarşı mübarizə və eyni zamanda hər bir vətəndaşın sosial təcrid tədbirlərinə əməl etməsi, həm onların sağlamlığı, həm də ölkə iqtisadiyyatındakı yenidən formalaşan aktivliyin qorunub saxlanması baxımından vacibdir. Çünki yoluxma sayının artması ikinci dalğanın yaranmasına və karantin qaydalarının daha da sərtləşdirilməsinə gətirib çıxara bilər”.

Vüqar Bayramov bildirib ki, hər bir insanın sosial təcrid qaydalarına əməl etməsi vacibdir:

"Xüsusən də sağlamlığımızın qorunması, iqtisadiyyatdakı bərpa olunan aktivliyin saxlanılması, real sektordakı artımın mərhələli şəkildə yüksəlməsi üçün sosial təcrid tədbirlərinə əməl etməyimizə və bu məsələdə daha güclü həmrəylik nümayiş etdirməyimizə ehtiyac var”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26