Interposta.Info

“Bakcell”dən 20 GB + gecədən səhərə LİMİTSİZ İnternet!

Ölkə
 6-05-2020, 15:30     310

Bakcell öz abunəçilərinin böyük həcmdə internet trafikinə artan tələbatını ödəmək məqsədilə yeni internet paketini istifadəyə verib.
Yeni “20 GB + gecədən səhərə Limitsiz İnternet” paketini cəmi 25 manata əldə edən Bakcell abunəçiləri 20 GB trafiklə yanaşı, gecə saat 01:00-dan səhər 10:00-dək tamamilə LİMİTSİZ internetdən yararlanacaqlar. Bundan əlavə, paketin aktivləşdirildiyi gündən başlayaraq 30 gün ərzində paketin əsas trafik həcmi (20 GB) bitsə belə, internet istifadəsi gecə və səhərlər limitsiz qalacaq.
“20 GB + gecədən səhərə Limitsiz İnternet” paketini *444*20# YES kodu vasitəsilə, eyni zamanda mobil nömrənin balansına və trafik qalığına daha rahat şəkildə nəzarət imkanı verən “Mənim Bakcellim” tətbiqetməsinin müvafiq bölməsinə daxil olaraq aktivləşdirmək mümkündür.
Bu unikal fürsət barədə daha ətraflı məlumatı “Mənim Bakcellim” tətbiqetməsində və ya https://www.bakcell.com/az/unlimited-nights-morning-internet-bundlesəhifəsində əldə etmək olar.
Bakcell şirkəti məhsul və xidmətlərinin keyfiyyətini müntəzəm qaydada artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edəcək. Bunun üçün Azərbaycanın ən sürətli mobil şəbəkəsinin bütün texniki imkanları mövcuddur.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Bu gün Bakcell şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26