Interposta.Info

Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib

Ölkə
 1-05-2020, 19:31     235

Bakcell şirkəti xüsusi karantin rejimi dövründə Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər planı çərçivəsində Bakının Binə qəsəbəsində yaşayan aztəminatlı ailələr üçün ərzaq yardımı proqramı həyata keçirib.
Ötən həftə Bakcell əməkdaşları Binədə yaşayan 650 aztəminatlı ailəyə baş çəkib vəşirkət adından yardım qutularını təqdim ediblər. Xəzər Rayonİcra Hakimiyyəti və Binə Bələdiyyəsinin təşkilati dəstəyi ilə və təqdim etdikləri siyahılara əsasən aksiya çərçivəsində Bakcell tərəfindən qəsəbədə yaşayan650 ailəyə ərzaq yardımı göstərilib.
Qeyd edək ki, bu təşəbbüs Bakcell tərəfindən “Covid-19”a qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı tədbirlərin davamıdır. Belə ki, şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bundan əlavə, Bakcell karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib, bütün karantin mərkəzlərində çalışan həkimlərə və müxtəlif karantin mərkəzlərindəkivətəndaşlarımıza ödəmə kartları hədiyyə edib.
Bakcell şirkətisosial izolyasiya müddətində müxtəlif sosial və digər təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına dəstək göstərməyə davam edəcək.

***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Bu gün Bakcell şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər

İnterPosta.info















Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26