Interposta.Info

Bakı niyə karantin rejimindən çıxmadı? - Video

Ölkə
 1-05-2020, 18:55     301

Ötən iki həftə ərzində yoluxma halları aşağı düşüb. Lakin karantin rejimi yumşaldığı üçün yoluxma halı artıb.

"İnterPosta" xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

"Aprelin 29-da yoluxma halları sağalmanı üstələyib. Hazırda iki zidd tendensiya müşahidə olunur. Həkimlərimizin fədakarlığı hesabına vəziyyət nəzarət altındadır", - o bildirib.

İ.Məmmədov qeyd edib ki, Operativ Qərargah karantin rejiminin mayın 4-dən 31-dək uzadılması barədə qərar qəbul edib:

"Yoluxma hallarının faiz etibarilə yüksək olduğu Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərində karantinin yumuşaldılması zəif sürətlə davam edəcək. Bu şəhərlərdə dövlət qurumlarında işləyənlərin fəaliyyəti bərpa edilir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26