Interposta.Info

Bakıda bu tarixdə küçəyə çıxmaq qadağandır (XƏBƏRDARLIQ)

Ölkə
 1-05-2020, 12:33     335

Mayın 2-də hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq seçilmiş, şəhər əhəmiyyətli 200-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

"İnterPosta" xəbər verir ki, bu barədə paytaxtın kommunal xidmətindən xəbərdarlıq edilib.

"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur”, - deyə məlumatda qeyd edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26