İcra başçısı həbs edildi - Qərar

Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
"İnterPosta" Report-a istinadla xəbər verir ki, hakim Anar Tanrıverdiyev Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, ötən gün DTX-nın əməliyyatı nəticəsində saxlanılan M.Quliyev Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26