Interposta.Info

Ziyafət Əsgərov: “Yüzlərlə ailə sevinəcək, amma onlarla ailə incik düşə bilər”

Ölkə
 17-04-2020, 16:27     323

“Cinayət Məcəlləsinə 200-dək dəyişiklik təklif olunur”. Bunu Milli Məclisin plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirdi. Dedi ki, yeni layihədə cinayətin dekriminallaşdırılması nəzərdə tutulur, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır. K.Cəfərov nəzərə çatdırdı ki, alternativ cərimə növü müəyyən edilir. Bildirdi ki, ümumiyyətlə, bəzi cinayət əməllərin dekriminallaşdırılması onları törədənlərin cəzasız, məsuliyyətdən kənarda qalacağı anlamına gəlmir.

Komitə sədri Ziyafət Əsgərov söz alaraq bəzi tənqidi fikirlərini çatdırdı: “Deputatlardan kimsə dedi ki, bu dəyişikliklərdən sonra yüzlərlə ailə sevincək. Bəli, yüzlərlə ailə sevinəcək, amma onlarla ailə də narazı qala, incik düşə bilər. Ailələr deyəcək ki, yaxşı, siz bunları həbsdən buraxdınız, mənim əzizim tutulmuşdu axı, bəs, onlar necə olsun?”

K.Cəfərov bu narahatlıqla bağlı qeyd etdi ki, deputatların səsləndirdiyi fikirlər qanunvericilik təşəbbüsü ilə çıxış edən orqana çatdırılacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul edildi./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26