Interposta.Info

Azərbaycanda dəfn qaydalar dəyişdi - Prezident qanunu təsdiqlədi

Ölkə
 2-05-2019, 18:06     10 333

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

İnterPosta.info
xəbər verir ki, dəyişikliyə əsasən, Ailə Məcəlləsinə 196-cı maddə (Dəfnlərin reyestri) əlavə edilib.

Həmin maddədə dəfnlərin vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılması nəzərdə tutulur.

Bundan başqa qanuna edilən dəyişikliyə görə, İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə "445-1,” rəqəmlərindən sonra "516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə),” sözləri əlavə edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26