Interposta.Info

Bakı polisi: Qaydaları pozan şəxslər cəzalandırılır -VİDEO

Ölkə
 31-03-2020, 20:59     288

Xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq paytaxt ərazisində tədbirlər davam etdirilir.

"Report"un xəbərinə görə, xüsusi karantin rejim tədbirlərinin gücləndirilməsi məqsədi ilə Bakı şəhər ərazisində polis əməkdaşları tərəfindən vətəndaşlarla profilaktik tədbirlər aparılır.

Belə ki, xüsusi karantin rejim qaydalarını pozan şəxslərə inzibati tənbeh tədbirləri tətbiq olunur. Polis tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu hərəkətlərdən nəticə çıxarmayan şəxslərlə profilaktik söhbətlər edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26