Interposta.Info

Koronavirusdan ölən dünya məşhurları

Ölkə
 29-03-2020, 12:36     570

Məşhur aktyor Mark Blum dünyasını dəyişib. Məlumata görə, aktyorun bir neçə gün əvvəl koronavirus infeksiyasına yoluxduğu məlum olub. Aktyor xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

69 yaşlı aktyorun ölüm xəbərini dostları yayıb.

Xatırladaq ki, Mark “Desperately Seeking Susan” (“Çılğın Madonna”) və “Timsah Dandi” filmlərində oynadığı rolları ilə məşhurlaşıb. Xüsusən də Madonna ilə tərəf-müqabili olduğu “Çılğın Madonna” filmindəki obrazı ilə yadda qalan Mark son olaraq “Succession”, “Mozart in the Jungle” seriallarında rol alıb.

Qeyd edək ki, bu, Nyu-York teatrında ölən ikinci aktyordur. Bundan əvvəl teatrda yazıçı kimi fəaliyyət göstərən Terrence Fillips də koronavirusdan vəfat edib.

Bir neçə gün öncə isə məşhur cazmen Emmanuel Njoke Dibanqo Fransada koronavirusdan vəfat etmişdi. Saksafon ifaçısı Dibanqonun 86 yaşı var idi və Afrika caz üslubunda ifa edirdi. Kamerunda anadan olan musiqiçi Paris xəstəxanalarının birində dünyasını dəyişib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26