Interposta.Info

Yaz fəsli daxil oldu

Ölkə / Manşet
 20-03-2020, 09:54     477

Azərbaycana yaz fəsli daxil olub.

"İnterPosta" xəbər verir ki, bu il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 07:49-a təsadüf edib. Bununla da gecə ilə gündüz bərabərləşib. Hər il yaz fəsli martn 21-də daxil olsa da, bu il fevral ayı 29 gün olduğundan baharın gəlişi martın 20-nə təsadüf edir.

Qeyd edək ki, iyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız ölkəmizə daxil olacaq. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olacaq və Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26