Interposta.Info

Azərbaycanda dövlət qurumlarında iclaslar telefon rabitəsi ilə keçiriləcək

Ölkə
 17-03-2020, 08:46     290

Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumlarında iclasların, müşavirə və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil və internet vasitəsilə keçirməsinə üstünlük veriləcək.

"İnterPosta" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə göndərdiyi məktubda deyilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26