Ağdaşda fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıb

Ağdaşda fəhlənin faciəli şəkildə ölümü ilə bağlı cinayət işi başlanıb.
APA-nın məlumatına görə, hadisə ötən gün rayonun Ləki qəsəbəsində yerləşən "Kafkaz" QSC-yə məxsus Beton Zavodunda qeydə alınıb.
Zavodda fəhlə işləyən, rayon sakini Mahir Hacıyev beton qarışdıran qurğunun içinə düşərək ölüb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci ( əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26