Interposta.Info

Agaxan Salmanlı dəfn edildi - Eksklüziv - SON DƏQİQƏ! - FOTOLAR

Ölkə / Mədəniyyət
 29-02-2020, 17:19     673

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı Yeni Suraxanı kənd qəbiristanlığında dəfn edildi.

Xatırladaq ki, Ağaxan Salmanlı bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.

Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Suraxanıda anadan olub. O, ilk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb.

1978-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb./mediapress.az

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26