Interposta.Info

Azərbaycanın meyiti tapılan hərbçisi ilə vida mərasimi keçirilir (FOTO)

Ölkə / Manşet
 22-02-2020, 14:44     296

Ağcabədi rayonunda Azərbaycan Ordusunun düşmənlə təmas xəttinin neytral ərazisindən meyiti tapılan hərbçisi Akif Abbasovla vida mərasimi başlayıb.

Onun nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq doğulub boya başa çatdığı evinə gətirilib.

A.Abbasov Ağcabədi rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, Akif Elşən oğlu Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü. Fevralın 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatı keçirilib./report

İnterPosta.info






Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26