Interposta.Info

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

Ölkə
 20-02-2020, 16:21     404

Sabiq Müdafiə naziri Rəhim Qazıyevi döyməkdə şübhəli bilinən keçmiş kürəkəni tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "İnterPosta"ya bildirib ki, fevralın 19-da Yasamal rayonu ərazisində R.Qazıyevi döyən keçmiş kürəkəni Ramil Əzizov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26