Interposta.Info

Sabah hava necə olacaq?

Ölkə
 11-02-2020, 14:40     353

Azərbaycanda fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "İnterPosta"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında fevralın 12-də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 0-5 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 12-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26