Interposta.Info

Fərəc Quliyev Qaraçuxurda idmançılarla görüşdü - Foto

Ölkə
 3-02-2020, 19:16     476

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyevin budəfəki görüşü Qaraçuxur qəsəbəsində idmançılarla keçirildi. İdman zalında keçirilən səmimi görüşdə qəsəbənin idmançıları F.Quliyevə gənclərə və idmançılara verdiyi dəstəyə görə, edilən bütün müraciətlərə diqqətlə yanaşması və dövlətin gənclər və idman siyasəti ilə bağlı mütəmadi olaraq səmərəli təkliflər irəli sürməsinə görə təşəkkürlərini bildirdilər. İdmançılar F.Quliyevi dəstəklədiklərini və onun qələbəsinə indidən əmin olduqlarını bildirdilər.
F.Quliyev də öz növbəsində idmançılarla səmimi söhbət edərək, onlara verdiyi dəstəyə görə təşəkkürünü bildirdi. O həm də bir idmançı kimi bu sahədə daha hansı səmərəli işlər görməyin mümkünlüyündən məlumatlı olduğunu və bu istiqamətdə daim səylər göstərdiyini vurğuladı. F.Quliyev qeyd etdi ki, seçkinin nəticələrindən asılı olmayaraq, idmanın inkişafı və dövlətin gənclər siyasətinə verdiyi təkliflərdən həyata keçməyənlərin icrasına çalışacaq və yeni təşəbbüslərlə çıxış edəcəkdir.
Görüş idmançıların F.Quliyevlə xatirə fotoları çəkdirmələri ilə yekunlaşdı.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26