Interposta.Info

Vilayət Eyvazov generalı işdən çıxardı

Ölkə
 31-01-2020, 17:20     361

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov vəzifəsindən azad olunub.

"İnterPosta" "Report”a istinadən xəbər verir ki, o, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.

Blogum-Qaynar
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib: "Bu münasibətlə nazir Vilayət Eyvazov Həsən Şirinovu qəbul edib".

Qeyd edək ki, bu il yanvarın 26-da H.Şirinovun 70 yaşı tamam olub. O, 1994-cü ildən 2010-cu ilə qədər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində işləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26