Interposta.Info

Böyük uğur: Tarixdə ilk dəfə Günəş səthinin görüntüsü yayıldı (VİDEO)

Ölkə
 30-01-2020, 12:27     399

Elm adamları ABŞ-ın Milli Elm Fondunun yerüstü Günəş teleskopu vasitəsilə əldə edilən fotolardan video hazırlamağa nail olub.

Qaynarinfo mk.ru-ya istinadla bildirir ki, bu videodan Günəş səthinin "hüceyrə" quruluşunu görmək mümkün olub. 15 saniyədən az davam edən video yazısı 2.21 giqabaytlıq nəhəng həcmə malikdir. Kadrda uzunluğu cəmi 30 kilometrə çatan obyektləri ayırd etmək mümkündür.

Mütəxəssislər qeyd edirlər ki, yeni kadrlar yalnız Günəşin quruluşunu daha yaxşı öyrənməyə, hətta Günəş tacının ölçüsünü daha dəqiq öhesablamağa imkan verir. Günəşin daxili və xarici təbəqələri arasında enerjinin necə ötürüldüyünü anlamaq elm adamları üçün, o cümlədən kosmik hava şəraitinin daha effektiv proqnozlaşdırılması üçün son dərəcə zəruridir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26