Interposta.Info

“Toyota” uçan taksilərin istehsalına 400 milyon dollar sərmayə qoyur

Ölkə
 16-01-2020, 08:48     384

Yaponiyanın ən böyük avtomobil şirkəti “Toyota” ABŞ-ın taksi kimi istifadə ediləcək uçan nəqliyyat vasitələrinin istehsalı ilə məşğul olan “Joby Aviation” şirkətinə 394 milyon dollar sərmayə qoyur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yapon konserninin bəyanatında deyilir.

"Hava daşımaları “Toyota”nın uzunmüddətli hədəfi idi. Biz hələ ki avtomobil biznesində işimizi davam etdiririk, indiki razılaşma bizə səmayə baxışı yönəltməyə imkan verir. Biz “Joby” ilə birlikdə hava daşımaları məsələsini həll etmək və nəqliyyat sahəsində dəyişikliklər üçün potensialı inkişaf etdirmək niyyətindəyik", - deyə “Toyota” şirkətinin prezidenti Akio Toeda qeyd edib.

Hər iki şirkət sonrakı kütləvi istehsal məqsədi ilə uçan taksi texnologiyalarını inkişaf etdirmək niyyətindədir. Tərəflər əməkdaşlığın konkret planlarını sonra elan edəcəklər. Qeyd edilir ki, onlar birlikdə uçan taksinin yeni prototipinin hazırlaması ilə məşğul ola bilərlər.

Hazırda “Joby Aviation”artıq altı S4 rotora və elektrik mühərriki modelinə malikdir. Bu nəqliyyat vasitəsi təxminən 200 kilometr məsafəyə dörd sərnişini daşımağa qadirdir.

Şirkət həmçinin yeni 12 rotorlu taksinin hazırlaması ilə məşğul olur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26