Prezident göstəriş verdi: “Xoşbəxt Yusifzadənin adı verilsin”

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmisinə Xoşbəxt Yusifzadənin adı veriləcək.
"İnterPosta" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə göstəriş verib.
"Mən elə bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə göstəriş verirəm ki, Gəmiçiliyin yeni gəmisinə Xoşbəxt Yusifzadənin adı verilsin", - deyə Prezident çıxışında qeyd edib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26