Interposta.Info

Yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA

Ölkə
 14-01-2020, 08:47     278

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən yanvarın 13-də ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, əksər rayonlarda yağış, Naxçıvan MR, Yuxarı Qarabağ və Böyük Qafqazın bəzi yerlərində isə qar yağıb.

Nazirlikdən "İnterPosta"ya verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 8, Sarıbaşda (Qax) 7, Daşkəsəndə 6, Xınalıq, Qırızda 5, Şahbuzda 4, Sədərəkdə 3, Naxçıvan, Altıağac, Ordubad, Şərurda 2, Qusar, Xaltan, Gədəbəydə 1 sm-ə çatıb.

Havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta təşkil edib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26