Interposta.Info

Tanınmış jurnalist yüksək vəzifəyə təyin edildi

Ölkə
 7-01-2020, 11:02     310

Elnur Kələntərov Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub.

"İnterPosta.info" xəbər verir ki, bu barədə Elnur Kələntərov özü məlumat verib. O, sosial şəbəkə hesabında təəsüratlarını bölüşüb:

"Yeni ilin ilk gününə gözəl xəbərlə başladım. Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunmağım xəbəri nə qədər sevinclə qarşılandısa bir o qədər də işimə olan məsuliyyətimi daha da artırdı. Çalışacağam ki, Xidmət rəisi cənab Vüsal Hüseynovun mənə göstərdiyi yüksək etimadı doğrulda bilim. Təşəkkür, cənab general!”

Qeyd edək ki, Elnur Kələntərov bundan əvvəl adıçəkilən qurumun İctimaiyyətlə əlaqələr idarəsində rəis müavini vəzifəsində çalışırdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26