Interposta.Info

Çinli qatil Yaponiyada edam edildi - Video

Ölkə
 30-12-2019, 09:30     364

3 nəfərlik banda 4 nəfərlik ailəni Yer üzündən sildi

“The Japan Times” yazır ki, 2003-cü ildə dörd nəfərlik bir ailənin öldürülməsinə görə ittiham olunan bir çinli cümə axşamı Fukuokada edam edildi.

Qatil Vei Vei Yaponiyaya təhsil almağa gəlmişdi. Ancaq o, daha iki nəfər çinli ilə birlikdə Fukuoka Prefekturasında bir ailəni qətl etdi. Qətl soyğunçuluq məqsədi ilə həyata keçirilmişdi.

“Bu, son dərəcə amansız bir qətl idi",-Yaponiyanın ənaziri Masako Mori mətbuat konfransı zamanı deyib.

41 yaşlı geyim satıcısı olan Shinjiro Matsumoto, onun 40 yaşlı həyat yoldaşı Chika, onların 11 yaşlı oğlu Kai və 8 yaşlı qızları Hina 20 iyun 2003-cü ildə öldürüldü. Oğrular isə evdən təxminən 37 min yen (hazırda 1 dollar 110 yenə bərabərdir. Bu isə 340 dollar civarında bir məbləğ edir. E.H) nağd pul aparıblar. Qətl edilənlərin cəsədləri eyni gündə Hakata körfəzində tapılmışdı.

Bu qətldə suçlu olan digər iki çinli isə Çinə qaçdı. Bu cinayətə görə onlardan biri 2005-ci ildə Çində edam edildi, digərinə isə ömürlük həbs cəzası kəsildi./yeni musavat

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26