Interposta.Info

"EuroHome"da mağazası yanan sahibkarlar aksiyaya başladı (FOTOLAR)

Ölkə
 13-12-2019, 11:19     538

"EuroHome" tikinti materialları bazarında baş verən yanğında zərərçəkən sahibkarlar yenidən aksiya keçirir.

Sahibkarlar zərərçəkənlərə heç bir qurumun dəstək olmadığını bildirir.

Sahibkarlar onlara konpensasiya ödənilməsini, biznes üçün götürdükləri kreditlərin bağlanmasını və şirkətlərə borcların qarşılanması üçün dəstəyin göstərilməsini istəyir.

Qeyd edək ki, bundan əvvəlki aksiya zamanı hadisə yerinə gələn Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev hadisənin araşdırıldığını, sığortanın olmadığı halda ödənişin çətin olacağını bildirib. Bazarda isə heç bir sahibkarın sığortası yoxdur.

Zərərçəkənlər bu gündən evlərinə getməyəcəklərini və gecəni Bakı-Sumqayıt yolunun kənarında, yanmış bazarın qarşısında keçirəcəklərini bildiriblər./qaynarinfo

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26