Interposta.Info

Bakıda cərimədən yayınmaq istəyən sürücülərin ağlagəlməz üsulu (VİDEO)

Ölkə
 12-12-2019, 15:09     325

Hərəkət zamanı radar və kameralardan yayınmaq istəyən bəzi sürücülər fərqli yola əl atıblar. İnstagram sosial şəbəkəsində açıq satılan xüsusi avadanlıqlar vasitəsi ilə avtomobilin qeydiyyat nişanını tam gizlətmək mümkün olur. Məsələylə bağlı hüquq mühafizə orqanları da araşdırma aparır.

"İnterPosta.info" "Xəzər TV"yə istinadən xəbər verir ki, sürücüdə olan pultla avtomobilin nömrəsi anında bağlanılır.

İstər avtomobil hərəkətdə olsun, istərsə də park edilmiş halda cəmi bir düymə ilə avtomobilin dövlət qeydiyyat nişanı gizlədilir. Son zamanlar instagram sosial şəbəkəsində bu cür elanlara tez-tez rast gəlmək mümkündür.

Bəzi sürücülər radarlardan yayınmaq üçün bu yola əl atırlar. Elə səhifədə paylaşılan postlardan da belə nömrə qablarına marağın böyük olduğu açıq aydın görünür.

Paylaşılan videolarda artıq bu nömərlərdən istifadə edənlərin olduğu da görünür. Hərçənd ki, satışla məşğul olanlar bu əməlin qanunsuz olduğunu etiraf etmək istəmirlər.

Əldə etdiyimiz məlumata görə, faktla bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26