Interposta.Info

Bakıda dəhşətli qəzada bir ailənin 4 üzvü öldü - (FOTOLAR)

Ölkə
 22-11-2019, 00:09     350

Aeroport yolunda baş verən dəhşətli qəzada xəsarət alan ailənin daha iki üzvü dünyasını dəyişib. Qəzada dünyasını dəyişən bir ailənin 4 üzvü bu gün torpağa tapşırılıb.

Musavat.com xəbər verir ki, dəhşətli qəza noyabrın 17-də Xəzər rayonu ərazisində, aeroport yolu istiqamətində baş vermişdi.

Şamaxı rayon Qızmeydan kənd sakinləri olan bir ailə Bakıya qonaq gəlibmiş.

Hidayət Hümbətov “VAZ-2105” markalı maşınla geriyə dönmə manevri edərkən arxadan gələn Vüqar Dadaşovun idarə etdiyi “BMW” markalı avtomobil ona çırpılıb.

H.Hümbətovun idarə etdiyi maşında qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf, həyat yoldaşı Reyhan Sədullayeva, 5 yaşlı nəvəsi Əli olub.

Məlumata görə, H.Hümbətovun həyat yoldaşı Reyhan Sədullayeva və 5 yaşlı Əli isə hazırda ağır vəziyyətdə xəstəxanadadır.

Qəza ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26