Interposta.Info

Sabiq prezidentin oğlu qətlə yetirildi

Ölkə
 20-11-2019, 11:56     1 341

Almaniyanın sabiq Prezidenti Rixard fon Vayszekkerin oğlu Fritz fon Vayszekker qətlə yetirilib.

Hadisə sabiq prezident oğlunun rəhbərlik etdiyi klinikada məruzə oxuyarkən baş verib. Cinayətkar Fritz fon Vayszekkeri bıçaqlayaraq öldürüb.

Polisin məlumatında bildirlir ki, hadisə Berlində Şarlottenburq sarayı yaxınlığında yerləşən Schlosspark klinikasında baş verib. Çıxış zamanı bir kişi Vayszekkerə yaxınlaşaraq, onu bıçaqlayıb. 59 yaşlı həkim aldığı yaralardan həyatını itirib. Hadisə zamanı qatilə mane olmaq istəyən başqa bir şəxs də yaralanıb.

Qətli törədən şəxs həbs olunub. Onun cinayətinin motivləri məlum deyil.

Qeyd edək ki, Fritz fon Vayszekker 2005-ci ildən Schlosspark klinikasının baş həkimi vəzifəsində olub. Onun atası Rixard fon Vayszekker 1984-1994-cü illərdə Almaniyanın prezidenti olub./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26