Interposta.Info

Bu gün rayonlara qar yağacaq - Xəbərdarlıq

Ölkə
 20-11-2019, 09:35     2 233

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

ETSN-in Milli Hidrometeorologiya Departamentindən "İnterPosta.info"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 20-si axşamdan noyabrın 22-dək havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, arabir intensivləşəcəyi ehtimalı var. Şimal küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu iqlim normasından aşağı olacaq.

Azərbaycanın rayonlarında noyabrın 20-si axşam şimal və şərq rayonlarından başlayaraq noyabrın 23-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, xüsusən də Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26