Interposta.Info

Bakı metrosunda gediş haqqı artacaq? (AÇIQLAMA)

Ölkə
 8-11-2019, 18:11     10 431

Yaxın vaxtlarda Bakı metrosunda qiymət artımı gözlənilmir.

"İnterPosta.info" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov açıqlama verib.

Qurum rəsmisi bildirib ki, hazırda Bakı metrosu MDB-də ən ucuz metrodur: "Sərnişinlərin daşınmasından əldə olunan gəlir xərcin yalnız 60%-ni qarşılayır. Bununla belə, qiymət artımı gözlənilmir".

Əlixan Osmanovun sözlərinə görə, Bakı metrosunda nəzərdə tutulan 76 stansiyasının tikintisi başa çatdırandan sonra diferensial ödəniş sistemi tətbiq oluna bilər: "Bu gün "Bakı Metropoliteni" uzaqmənzilli deyil. Nəzərdə tutduğumuz 76 stansiyanın hamısı istismara veriləndən sonra diferensial tarif sisteminin tətbiqi rahat olacaq. Bu gün həmin sistem əhəmiyyətsizdir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26