Interposta.Info

Moskvada biznesmeni qarət edən dəstə ələ keçdi: aralarında azərbaycanlı da var - VİDEO

Ölkə
 5-11-2019, 13:47     10 377

Moskvada iş adamı Aleksey Boqatıryevi qarət edən dəstə ələ keçib.

Oxu.Az xəbər verir ki, yolda biznesmenin avtomobilinin qarşısını kəsən şəxslər A.Boqatıryevin maşınından 90 min dollara yaxın pulu götürüb və onu döyüblər.

Bundan sonra dəstə üzvləri hadisə yerindən qaçıblar. Hadisə oktyabrın 16-da baş verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində dörd nəfərdən ibarət dəstə saxlanılıb. Dindirilmə zamanı onlardan birinin azərbaycanlı olduğu müəyyənləşib.

30 yaşlı Əli Şirinov Azərbaycanda doğulduğunu və bir müddət əvvəl Moskvaya gəldiyini bildirib.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26