Interposta.Info

Bu ilin ən varlı şəhərlərinin siyahısı

Ölkə
 25-10-2019, 16:05     10 366

"New World Wealth”in mütəxəssisləri apardıqları araşdırmalar nəticəsində 2019-cu ildə dünyanın ən varlı şəhərlərinin ilk 10-luğunu müəyyən ediblər.

Araşdırmada əsas prinsip şəhərin bütün sakinlərinin sosial vəziyyətinin, o cümlədən daşınmaz əmlak, pul, səhmlər və biznesdəki payının hesablanması olub.

Qeyd edək ki, hökumətin vəsaiti hesablamalardan xaric olunub.

Sinqapur

Sinqapur iqtisadiyyatı dünyada adambaşına düşən ÜDM-nin ən yüksək inkişaf etmiş bazar iqtisadiyyatına sahib ölkəsidir. Ölkədə elektronika istehsalı, gəmiqayırma və maliyyə xidmətləri sektoru inkişaf edib. Ölkə qiymətlərin sabitliyini qoruyur.

Sidney

Avstraliyanın ürəyi hesab edilən Sidneydə vətəndaşlar orta hesabla adambaşına ən yüksək gəlir əldə edir.

Ən böyük Avstraliya şirkətlərindən dördünün Sidneydə ("Caltex Avstraliya”, "Birlik Bankı”, "Westpac” və "Woolworth”) baş ofisi var. "Sidney Futures” Birjası (SFE) Avstraliyanın Sakit Okean bölgəsindəki ən böyük birjalarından biridir.

Honkonq

Ölkə iqtisadiyyatı sərbəst bazar, aşağı vergi və dövlətin iqtisadiyyata müdaxiləsiz prinsipinə əsaslanır.

Honkonq limanı idxalda gömrük rüsumu ödəməyən, əlavə dəyər vergisi və ya onun ekvivalentləri olmayan pulsuz limandır.

Los-Anceles

Los-Anceles dünyanın ən böyük mədəniyyət, elm, iqtisadiyyat və təhsil mərkəzlərindən biridir.

Şəhər həm də kino, teatr, musiqi, ədəbiyyat və televiziya sahəsində əyləncə sənayesinin ən böyük mərkəzlərindəndir.

Şanxay

Şanxay Çinin maliyyə və ticarət mərkəzidir. Şanxay birjası investorlar üçün müasir və əhəmiyyətli platformadır.

Şanxay Qızıl birjası Çinin ən böyük qiymətli metal birjasıdır.

Pekin

Pekin Çin Xalq Respublikasının siyasi, təhsil və mədəniyyət mərkəzidir.

Bununla birlikdə, son illərdə sahibkarlıq fəaliyyətinin lokomotivi və innovativ müəssisələrin yaradılması sahəsindəki rolunu getdikcə daha çox artırır.

London

London Böyük Britaniya və Avropanın ən önəmli iqtisadiyyat və maliyyə mərkəzidir.

Bir çox ingilis və çoxmillətli şirkətlərin baş ofisi Londonda yerləşir. Buraya BP, "Royal Dutch” "Shell”, "Unilever”, "Corus Group”, "SABMiller”, "Cadbury” və s daxildir.

San-Fransisko

Tarixən San-Fransisko iqtisadiyyatının dayağı turizm olub. San-Fransisko film və musiqi mədəniyyəti sayəsində şəhər bütün dünyada tanınır.

Vadidə həmçinin biotexnoloji və biotibbi tədqiqat mərkəzi də fəaliyyət göstərir. Şəhərdə 10 nəfərdən az işçisi olan kiçik şirkətlər bütün müəssisələrin 85%-ni təşkil edir.

Tokio

Tokio dünyanın üç əsas maliyyə mərkəzindən, iqtisadi cəhətdən ən inkişaf etmiş aqlomerasiyalarından biridir.

Tokio böyük beynəlxalq maliyyə mərkəzi olaraq dünyanın bir neçə ən böyük investisiya bankının və sığorta şirkətinin qərargahıdır.

Nyu-York

Nyu-York qlobal maliyyə, siyasi, iqtisadi və mədəni mərkəzdir.

Şəhərdə Nyu-York Birjası, NASDAQ, Amerika Birjası, Nyu-York Ticarət Birjası və Nyu-York Ticarət Palatası kimi birjalar fəaliyyət göstərir./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26