Interposta.Info

Nazir Bakı şəhər Baş Polis İdarəsinə rəis müavini təyin etdi

Ölkə
 1-10-2019, 08:33     10 195

Daxili işlər orqanlarında yeni təyinat olub.

"İnterPosta.info" APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə Mingəçevir şəhər Polis İdarəsinin rəisi Teymur Hacıyev tutduğu vəzifədən azad edilərək Bakı şəhər Baş Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək həmin vəzifədə çalışan Elxan Həsənov iki gün əvvəl tutduğu vəzifədən azad edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26