Interposta.Info

İmişli rayonunda səmada yanaraq irəliləyən göy cismi müşahidə edilib

Ölkə
 28-09-2019, 08:10     10 514

İmişli rayonunda səmada yanaraq irəliləyən göy cismi müşahidə edilib.

"Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun səmasında gecə saat 22:00 radələrində baş verib.

Belə ki, göy üzü anidən işıqlanıb və həmin zaman sürətlə və yanaraq irəliləyən göy cismi görünüb.

Analoji hadisə Sabirabad rayonunda da müşahidə edilib. Göy üzündə mövcud olan parıltının meteoroid olduğu ehtimal edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26