Bu gün ölkədə payız başlayır

Azərbaycanda payız fəsli bu gün - sentyabrın 23-də saat 11:50-dən başlayacaq. Bu barədə Modern.az-a Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Rəsədxanadan "İnterPosta.info"ya verilən məlumata görə, sentyabrın 23-ü gecə və gündüz bərabərliyi baş verəcək. Buna payız bərabərliyi deyirlər. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq.
Rəsədxanadan o bildirilib ki, dekabrın 22-də 08:19-da isə Azərbaycana qış fəsli qədəm qoyacaq.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26