Interposta.Info

Dünyanın ən təhlükəsiz şəhərləri: Bakı neçəncidir? (FOTO)

Ölkə
 29-08-2019, 14:27     10 324

"The Economist İntelligence Unit” (EİU) analitik mərkəzi ilə "The Economist” dərgisi 2019-cu il üçün dünyanın təhlükəsiz şəhərlərinin reytinqini hazırlayıb.

"TOP-50"də Azərbaycanın paytaxtı Bakıda da yer alıb. Paytaxtımız reytinqə görə paytaxt maksimum 100 xaldan 56,4 xal toplayıb və 49-cu yeri tutub.

Bakı reytinqə ilk dəfədir qiymətləndirilib. Paytaxtımız rəqəmli təhlükəsizliyə görə siyahının 46-cı (51,7 xal), səhiyyə təhlükəsizliyə görə 41-ci (64 xal), fərdi təhlükəsizliyə görə 49-cu (63,7 xal), infrastruktur təhlükəsizliyinə görə 54-cü (46,3 xal) yerdə qərarlaşıb.

Siyahıya Yaponiyanın paytaxtı Tokio başçılıq edir. İlk "onluq"da həmçinin Sinqapur (Sinqapur), Osaka (Yaponiya), Amsterdam (Hollandiya), Sidney (Avstraliya), Toronto (Kanada), Vaşinqton (ABŞ), Kopenhagen (Danimarka), Seul (Cənubi Koreya) və Melburn (Avstraliya) qərarlaşıb.

Qeyd edək ki, reytinqdə ümumilikdə 60 şəhər yer alıb. Qitmətləndirmə rəqəmli təhlükəsizlik, səhiyyə xidmətləri, infrastruktur, fərdi təhlükəsizlik daxil olmaqla 57 müxtəlif göstərici əsasında aparılıb./qaynarinfo

İnterPosta.info

Dünyanın ən təhlükəsiz şəhərləri: Bakı neçəncidir? (FOTO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26