Interposta.Info

Xəzərdən tapılan "MİQ-29"un ilk görüntüləri (FOTOLAR)

Ölkə
 9-08-2019, 20:06     10 559

Xəzər dənizinə düşən MiQ-29 təyyarəsini türkiyəli mütəxəssislər ROV aparatı vasitəsiylə tapıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, mütəxəssislər dənizin dibinə enərək təyyarənin foto və görüntülərini çəkiblər. Təyyarənin bəzi hissələri isə sudan çıxarılıb (Yenisabah.az).

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bu gün "İnterPosta.info"ya daxil olan məlumata görə, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib:

"Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb. Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür".

İnterPosta.info

Xəzərdən tapılan "MİQ-29"un ilk görüntüləri (FOTOLAR)
Xəzərdən tapılan "MİQ-29"un ilk görüntüləri (FOTOLAR)
Xəzərdən tapılan "MİQ-29"un ilk görüntüləri (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26