Interposta.Info

“Azərişığ”ın 1.5 milyonluq tenderi ilə bağlı qalmaqal

Ölkə
 9-08-2019, 12:46     10 414

""Azərişıq” ASC-nin Abşeron rayonunun ərazisində torpaq sahələrinin suvarma sisteminin xarici elektrik təchizatı işlərinin həyata keçirilməsi üçün, güya, tender elan edib. Nə hikmətdirsə, tenderi cəmi 6 ay əvvəl yaradılmış "Tikinti Təmir RR" şirkəti udub və artıq 1 549 307 manatlıq müqavilə imzalanıb”.

Bunu tanınmış iqtisadçı ekspert Natiq Cəfərli deyib.

"Bu şirkətin nə təcrübəsi var, nə əlavə müqavilələri, nizamnamə kapitalı da cəmi 10 manatdır, - deyə o əlavə edib. - Qanun deyir ki, tenderi udmaq üçün şirkətlərin azı 3 illik təcrübəsi, audit hesabat olmalıdı, amma deyəsən bu şirkətin yeganə uğuru məmur qohum-əqrabası olmasıdır, yəni adamlar doğuşdan şanslıdırlar.

Deyəcəksiz ki, 1 mln 550 min manat nə puldu ki, ölkədə milyardlar yeyilir - haqlı ola bilərsiz, amma büdcə pulunu, dövlət şirkətlərinin pulunu məhz belə, xımır-xımır gəmirirlər, əvəzində dövlətçilikdən-zaddan danışırlar"./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26