Interposta.Info

Şəki Xan Sarayında bir neçə ay əvvəl də eyni hadisə yaşanıb (VİDEO)

Ölkə
 15-07-2019, 12:11     10 369

Xəbər verdiyimiz kimi, dünən Şəki Xan Sarayının həyətindəki böyük çinar ağacının budağı qırılaraq turistlərin üzərinə aşıb. Hadisə nəticəsində 19 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi hospitalizasiya olunub. 17 nəfərə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir. 2 yaralıya görə paytaxtdan yüksək ixtisaslı mütəxəssilər çağırılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, bu Şəki Xan Sarayında ilk hadisə deyil. Belə ki, iki ay öncə də çinar ağacının budağı qırılmışdı. Xoşbəxtlikdən həmin vaxt ərazidə olan turistlərdən xəsarət alan olmamışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26