Interposta.Info

Sabah temperatur yüksələcək

Ölkə
 2-07-2019, 15:42     10 248


İyulun 3-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "İnterPosta.info"-ya bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 18-23, gündüz 27-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

- Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

- Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil
edəcək.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz
18-23 dərəcə isti təşkil edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26