Interposta.Info

Son 20 ildə Azərbaycanda iyun ayı üçün rekord isti qeydə alındı

Ölkə
 25-06-2019, 12:54     10 400

"Dünən Azərbaycanda 37 dərəcə isti qeydə alınıb. Bu, son 20 ildə iyun ayı üçün rekord göstəricidir".

İnterPosta.info-nun məlumatına görə, bu sözləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.

M. Babayev iyun ayında Azərbaycanda 37 dərəcə istinin qeydə alınmasını iqlim dəyişikliyinin təzahürü kimi qiymətləndirib. O vurğulayıb ki, son 30 ildə Azərbaycanda havanın orta temperatur göstəricisi 1.4 dəfə artıb: "Hesab edirəm ki, bu çox dramatik artımdır. Bunun da iqtisadiyyatın digər sahərinə təsiri çox yüksəkdir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26