Interposta.Info

Azərbaycanda bu şəxslər 700 manat müavinət alacaq

Ölkə
 10-06-2019, 10:38     10 398

Baş Nazir Novruz Məmmədov "İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edib.

İnterPosta.info xəbər verir ki, qərarın 1-ci hissəsində "400” rəqəmləri "700” rəqəmləri ilə əvəz edilib.

Qeyd edək ki, həmin qərara görə insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə 400 manat məbləğində müavinət müəyyən edilirdi. Dəyişikliyə görə bu məbləğ 700 manata qədər artırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26