Interposta.Info

Sumqayıtda Mədəniyyət evi yandı

Ölkə
 5-06-2019, 23:21     10 354

Sumqayıt şəhərində yanğın olub.

İnterPosta.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin "Energetik” Mədəniyyət Evinin dam örtüyü qəfildənyanmağa başlayıb. Dərhal əraziyə 4 yanğınsöndürən texnika və canlı qüvvəcəlb olunub.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26