Interposta.Info

Bakıda avtomobildə 11 kq civə aşkarlandı

Ölkə
 5-06-2019, 15:55     10 284

Bakı sakininin avtomobilindən 11 kq civə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İnterPosta.info"-ya verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ə.Qədimovun idarə etdiyi "Hyundai” markalı avtomobilə baxış zamanı oradan çəkisi 11 kiloqram olan civə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26