Interposta.Info

Oqtay Əsədov: "Bu məsələləri çox şişirtməyin"

Ölkə
 30-05-2019, 14:17     10 396

"Azərbaycanda islahatlar aparılır, prezident müəyyən işlər görür. Mən hələ görməmişəm ki, siz çıxışlarınızda bu barədə bir söz deyəsiniz”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın çıxışına münasibət bildirərkən söyləyib.

"Harada bir çatışmazlıq var, onu deməyə başlayırsınız. Azərbaycanı Tacikistanla müqayisə edirsiz. Xahiş edirəm bu məsələləri çox şişirtməyin. 7 dəqiqə danışdınız, Azərbaycanda gedən işlər barədə bir dənə müsbət söz söyləmədiniz. Hamısı mənfi məsələlər oldu”, - deyə O.Əsədov əlavə edib./unikal.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26