Interposta.Info

Ramin Hacılı: "Fuad Abbasovun ətrafında spekulyativ dezinformasiyalar yayılır"

Ölkə
 26-05-2019, 19:39     10 460

Bir az öncə Rusiyada yaşayan və fəaliyyət göstərən jurnalist, Azərbaycan vətəndaşı Fuad Abbasovun azad edilməsi ilə bağlı xəbərlər yayılıb. Amma bu dəfə də xəbər öz təsdiqini tapmayıb.

Bu barədə 7news.az-a Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı məlumat verib. Ramin Hacılı bildirib:

"Başa düşə bilmirəm ki, niyə həm Rusiyada, həm də Azərbaycanda Fuad Abbasovla bağlı dezinformasiya yayırlar. Bu məsələnin ciddiliyinə mənfi təsir göstərir. Hətta ailəsini belə aldatmağa cəhd edirlər. Fuad Abbasovun işi ilə bağlı əsas məsələ belədir: Rusiya Apellyasiya Məhkəməsi onun barəsində qəbul edilmiş qərara yenidən baxacaq. Fuad Abbasov ya ev dustaqlığı şəraitində öz işini hüquq müstəvisində davam etdirəcək, ya da Azərbaycana deportasiya olunacaq. Hər şey Apellyasiya Məhkəməsinin qərarından asılıdır. Biz artıq neçə gündür ki, Rusiyanın Bakıdakı səfirliyi qarşısında aksiyalar keçiririk, etirazımızı bildiririk. Fuad Abbasovun ailəsi də bizimlə daim təmasdadır. Ailəsi rəsmi, dəqiq xəbər olduğu təqdirdə ilk olaraq bizə məlumat verəcək. Bu mənada bütün media və diaspora nümayəndələrinə məsələnin həssaslığına ciddi yanaşmağı tövsiyyə edirəm.”

Qeyd edək ki, mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26