Interposta.Info

Final günü Bakıda evlər və otellərin fantastik qiymətləri - 1 günlük 4000 AZN

Ölkə
 22-05-2019, 21:58     10 363

29 mayda Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqası finalı ərəfəsində Azərbaycanda bir çox sahələrdə aktivlik müşahidə edilir.

Final üçün xaricdən gələcək azarkeşlər ("potensial müştərilər”) uğrunda əsas "mübarizə” hotellər və maklerlər arasında gedir.

Maraqlısı budur ki, rəqabətdə adətətən üstün olmaq istəyən tərəflər qiymət siyasətində hansısa güzəştə getməyə çalışsa da, hazırda bunun əksini müşahidə edirik.

Belə ki, əmlak bazarında apardığımız monitorinq nəticəsində final ərəfəsində təklif edilən günlük kirayə mənzillərin qiymətinin bahalaşdığını müşahidə etdik. Daha çox paytaxtın mərkəzi hissələrində - Gənclik, 28 May, Sahil və İçərişəhər metrostansiyaları ətrafında qiymətlər 60 manatdan başlayaraq 300 manata qədər yüksəlir.

Ərazilər üzrə qiymətlərə ayrılıqda nəzər yetirək.

28 may metrostansiyası yaxınlığında 1-2 otaqlı evlərin qiyməti 40-60 manat, yeni tikilmiş bəzi binalarda isə 100-120 manat arasında dəyişir.
Sahil və İçərişəhər metrostansiyaları yaxınlığında isə 75-100 manat civarındadır.

Gənclik metrostansiyası ətrafında 40-50 manata günlük evlər tapmaq mümkündür.

Ən ciddi bahalaşma isə Babək prospektində müşahidə olunur. Normalda 70-100 manat olan günlük evlərin qiyməti isə 300-400 manata yüksəlib. Maklerlər beynəlxalq tədbirlər və yarışlar zamanı bu halların tez-tez baş verdiyini bildirdilər.

Qeyd edilən ərazilərdə əksər evləri bir neçə saatlıq və ya 1 günlük verilmir. Maklerlər və əmlak sahibləri evləri ən az 3-4 günlük verə biləcəklərini söyləyirlər.

Hotellərdə isə qiymətlər kəskin yüksəlib. Normalda günü 100-140 manat olan hotellərdə qiymətlər bir neçə dəfə artıb. Belə ki, təkcə 29 may günü şəhərin mərkəzi hissələrindəki hotellərdə bir gecə üçün otaqlar 300-400 manatdan, ətraf ərazilərdə isə 150-200 manatdan təklif edilir. Belə hotellərin sayı isə barmaqla sayılacaq qədərdir.

Əksər hotellər qiymətlərin fantastik sayılacaq qədər yüksəldib. Belə ki, monitorinq nəticəsində məlum oldu ki, qiymətlərin orta həddi 500-1000 manat, yüksək həddi isə 4000 min manata qədərdir. Ən maraqlsı budur ki, qiymətlər yüksək olsa da, artıq otaqların hamısı demək olar ki, tutulub və məhdud sayda qalıb.

Əmlak məsələləri üzrə ekspert Ramil OsmanlıBAKU.WS-ə açıqlamasında bildirib ki, günlük kirayə mənzillərin qiymətində son 10-15 gündə artım müşahidə edilir və tendensiyanın iyunun ilk 10 günlüyünə qədər davam edəcəyi gözlənilir.

Ekspertin sözlərinə görə, şəhərin mərkəzi hissələrində qiymətlərdə ortalama 80 faiz artım olub:

"Hazırda beynəlxalaq tədbir ərəfəsində tələb yüksəlib deyə, təkliflər də yüksəlib. Turistlər daha çox şəhərin mərkəzi erlərinə üsünlük verirlər. Normal olraq da qiymət artım da həmin hissədə daha çox olub. Ətraf ərazilərdə stabillik davam edir”./BAKU.WS

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26